Topaz: Minsk AZAL ilə matçın favoritidi
6 iyul 2011 17:55

Topaz bukmeker kontoru Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz digər oyunlarla yanaşı, ölkəmizi bu mərhələdə təmsil edən “Qarabağ” və AZAL-ın da şanslarını dəyərləndirib.
Belə ki, Topaz Belarus “Minsk”i ilə səfərdə qarşılaşacaq AZAL-ın şanslarının az olduğunu düşünür. Belə ki, bukmeker kontoru Belarus təmsilçisini bu cütün favoriti hesab edir. Səfərdə keçirilən ilk oyunda rəqibini darmadağın etmiş (4:0) “Qarabağ” isə Litva “Banga”sı ilə görüşdə aşkar favorit kimi göstərilib.
Xatırladaq ki, “Minsk” və AZAL arasında Bakıdakı ilk görüş 1:1 hesabıyla başa çatmışdı.
Komandalarımızın oyunlarına qoyulan əmsallar isə belədi:
Avropa Liqası
Birinci təsnifat mərhələsi
Cavab oyunları
7 iyul
Minsk – AZAL 1,40 3,75 5,50
Qarabağ – Banga 1,05 7,50 15,00
Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin digər oyunları ilə tanış olmaq üçün Topaz-ın rəsmi saytına müraciət edə bilərsiz.