Topaz XL və Neftçiyə şans tanımadı
12 iyul 2011 14:03

Topaz bukmeker kontoru Avropa Liqasının, eləcə də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz digər oyunlarla yanaşı, ölkəmizi bu mərhələdə təmsil edən “Qarabağ” və “Xəzər Lənkəran” və “Neftçi”nin də şanslarını dəyərləndirib.
Topaz İsrail “Maccabi”si ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran”ın şanslarının az olduğunu düşünür. Belə ki, bukmeker kontoru Təl-Əviv klubunu bu cütün aşkar favoriti hesab edir.
Elə ÇL-dəki təmsilçimiz “Neftçi” də “Dinamo” ilə oyunda o qədər də şanslı görünmür.
Əvəzində “Qarabağ” Farer adalarının “Streymur” klubu ilə səfər görüşündə aşkar favorit kimi göstərilib.
Komandalarımızın oyunlarına qoyulan əmsallar isə belədi:
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
İlk oyun
13 iyul
Dinamo – Neftçi 1,15 6,00 8,00
Avropa Liqası
İkinci təsnifat mərhələsi
İlk oyunlar
14 iyul
Maccabi – Xəzər L 1,10 6,00 12,00
Streymur – Qarabağ 8,50 4, 25 1,25
Qeyd edək ki, Avroliqanın, eləcə də ÇL-in ikinci təsnifat mərhələsinin digər oyunları ilə tanış olmaq üçün Topaz-ın rəsmi saytına müraciət edə bilərsiz.