Dinamo Neftçi ilə Bakıdakı görüşün də favoritidi
19 iyul 2011 12:14

Topaz bukmeker kontoru Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz digər oyunlarla yanaşı, ölkəmizi bu turnirdə təmsil edən “Neftçi”nin də şanslarını dəyərləndirib.
Topaz Xorvatiya çempionu “Dinamo” ilə evdə qarşılaşacaq “ağ-qaralar”ın şanslarının az olduğunu düşünür. Belə ki, bukmeker kontoru ilk oyunda 3:0 hesabıyla qələbə qazanmış Zaqreb klubunu səfər matçının da favoriti hesab edir.
Komandamızın oyununa qoyulan əmsallar isə belədi:
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
Cavab oyunu
19 iyul
NEFTÇİ – DİNAMO 4,00 3,50 1,60
Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin digər oyunları ilə tanış olmaq üçün Topaz-ın rəsmi saytına müraciət edə bilərsiz.