Topaz Qarabağa ilk oyunda şans tanımadı
26 iyul 2011 15:52

Topaz bukmeker kontoru Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz digər oyunlarla yanaşı, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ”ın da şanslarını dəyərləndirib.
Topaz səfərdə Belçika “Brugge”si ilə qarşılaşacaq ağdamlıların şanslarının az olduğunu düşünür. Belə ki, bukmeker kontoru ilk oyunda meydan sahiblərini aşkar favorit hesab edir.
Komandamızın oyununa qoyulan əmsallar isə belədi:
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
İlk oyun
28 iyul
23:30. BRUGGE – QARABAĞ 1,10 6,00 12,00
Qeyd edək ki, Avroliqanın üçüncü təsnifat mərhələsinin digər oyunları ilə tanış olmaq üçün Topaz-ın rəsmi saytına müraciət edə bilərsiz.