Topaz Qarabağa evdə də şans tanımadı
2 avqust 2011 15:46

Topaz bukmeker kontoru Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz digər oyunlarla yanaşı, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ”ın da şanslarını dəyərləndirib.
Topaz evdə Belçika “Brugge”si ilə qarşılaşacaq ağdamlıların şanslarının yenə az olduğunu düşünür. Belə ki, bukmeker kontoru ilk oyunda 1:4 hesabıyla məğlub olmuş “Qarabağ”ın öz meydanındakı oyunda da bu rəqibinə qalib gələcəyini güman etmir.
Komandamızın oyununa qoyulan əmsallar isə belədi:
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
Cavab oyunu
4 avqust
21:00. QARABAĞ – BRUGGE 4,00 3,10 1,70
Qeyd edək ki, Avroliqanın üçüncü təsnifat mərhələsinin digər oyunları ilə tanış olmaq üçün Topaz-ın rəsmi saytına müraciət edə bilərsiz.