Topaz paytaxt derbisinin favoritini açıqladı
20 avqust 2011 15:02

Topaz bukmeker kontoru futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun bu gün keçiriləcək oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz ikinci oyun günündə meydana çıxacaq komandaların şanslarını dəyərləndirib.
Günün daha çox maraq doğuran matçı – “İnter” – “Bakı” görüşündə Topaz meydan sahiblərini favorit görür. Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” isə “Turan”la oyunun aşkar favoritidi.
Premyer Liqa
3-cü tur
20 avqust
XƏZƏR L – TURAN 1.30 4.00 7.00
İNTER – BAKI 1.75 3.45 3.50