Qarabağ XL, Neftçi Qəbələ ilə oyunun favoritidi
16 sentyabr 2011 13:19

“Topaz” bukmeker kontoru futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bütün komandaların şanslarını dəyərləndirib.
İlk oyun gününün daha çox maraq doğuran matçı – “Qarabağ” - “Xəzər Lənkəran” “Topaz” meydan sahiblərini favorit görür. Bazar günü baş tutacaq “Neftçi” – “Qəbələ” matçında da meydan sahibləri şanslı hesab olunur.
Premyer Liqa
6-cı tur
17-18 sentyabr
Qarabağ – Xəzər L 2.30 2.50 2.70
Simurq – Kəpəz 2.65 3.10 2.20
AZAL – İnter 2.45 2.90 2.50
Rəvan – SŞ 1.80 3.20 3.50
Neftçi – Qəbələ 2.00 3.20 2.90
Turan –Bakı 3.10 3.30 1.90