Topazda fantastik uduş: 2 manata 186 min AZN (FOTO)
3 oktyabr 2011 15:42

Azərbaycanda indiyə kimi nəinki “Topaz”, o cümlədən, 9 illik analoji fəaliyyəti ərzində Türkiyənin “İddaa” markasında belə rast gəlinməyən uduş qeydə alınıb. Azerisport.az xəbər verir ki, “Topaz” oyunçusu olan bir Türkiyə vətəndaşı Bakı şəhəri, Mehdi Hüseyn küçəsi, 69, mən, 3 ünvanında yerləşən “Topaz” dilerində, 4 matça “Qol Cəmi” oyununun 7+ əmsallarına cəmi 2 manat pul yatırmaqla, 93.347 əmsal toplayaraq, tam 186.694 manat qazanıb və bununla da rekorda imza atıb!
186.694 manatı qazanan şəxsin kimliyi haqda ətraflı məlumat veriləcək. Qeyd edək ki, bu iştirakçı 4 matça - «İnqolştadt» - «Bohum» (19.00 əmsal), «Paskara» - «Albinoleffe» (17.00 əmsal), «Breydablik» - «Styarman» (17.00 əmsal) və «Filkir» - «Hafnarfyordur» (17.00 əmsal) oyunlarına pul qoyuluşu edib.