Topaz+da növbəti 5 qalib müəyyənləşdi (FOTO)
4 oktyabr 2011 16:17

“Topaz+” müsabiqəsində üçüncü turun 5 qalibinin adı artıq məlumdu. Azerisport.az xəbər verir ki, bunlar 1990-cı il təvəllüdlü Əliyev Vüsal Yaşar oğlu, 1989-cu il təvəllüdlü Ağayev Vüsal Mahir oğlu, 1983-cü il təvəllüdlü Məstəliyev Kənan Məstəli oğlu, 1988-ci il təvəllüdlü Muradov Elçin Əkrəm oğlu, 1981-ci il təvəllüdlü Mirzəyev Faiq Mirzəağa oğludu.
Hər qalib, hədiyyə olaraq, 07 Oktyabr, 2011-ci il tarixində, “Dalğa Arena” stadionunda, 2012-ci il Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Avstriya oyununa 2 pulsuz VİP bilet əldə edib.
Hazırda dördüncü tura start verilib. Qeyd edək ki, 23 Sentyabr – 04 Oktyabr tarixləri arasında keçirilən müsabiqədə 18 yaşından yuxarı şəxslər iştirak edə bilərlər. Müsabiqədə olan Futbol haqqında 8 sual hər Çərşənbə Axşamı və Cümə günü, saat 12:00-dan sonra www.topaz.azsaytında yerləşdirilir və məhz bu gün də ötən həftənin qalibləri müəyyən olunur. Ətraflı məlumat üçün www.topaz.azsaytına daxil ola və ya (012) 499 76 17 nömrəsinə zəng edə bilərsiniz.