Azərbaycan qazana və qazandıra bilər
7 oktyabr 2011 15:31

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə 2012-ci ildə keçiriləcək Avropa çempionatnın seçmə mərhələsinin oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycan yığmasının da şanslarını dəyərləndirib.
Belə ki, Topaz doğma meydanda çıxış etməsinə rəğmən, Azərbaycan millisinin bu günkü Avstriya ilə görüşündə qələbə qazanmaq şanslarının az olduğunu düşünür. Bu oyun üçün açıqlanan əmsallar isə aşağıdakı kimidi:
AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
7 oktyabr
AZƏRBAYCAN – AVSTRİYA 3,05 3,20 2,05