Futbol şərhçilərimizin Türkiyə - Azərbaycan matçına proqnozu
11 oktyabr 2011 17:28

"Topaz" oyunçularının işini asanlaşdırmaqda davam edir. Daim oyunçularının daha çox pul qazanmasına çalışan milli bukmeyker kontoru bu dəfə də onlara yardım etmək qərarına gəlib.
Bu məqsədlə "Topaz" oyunçularına xüsusi kuponlar təqdim edir. Kuponlar keçmiş futbol şərhçisi Asif Bağırov və futbol icmalçısı Doktor Ziya tərəfindən hazırlanıb. Asif Bağırov 4, Doktor Ziya isə 5 oyunda ibarət kupon təqdim edir.
Asif Bağırov (keçmiş futbol şərhçisi)
"Selta" - "Valyadolid": oyunda aşkar favorit yoxdu. Hər iki komanda vaxtilə Primeronun bərkinə-boşuna düşüb. İndi yaxşı günlərini yaşamayan bu komandaların budəfəki mübarizəsi İspaniya Kral Kuboku uğrunda turnirə təsadüf edəcək. Ona görə "Selta" meydan sahibi üstünlüyündən maksimum istifadə etməlidi.
Doktor Ziya (futbol icmalçısı)
Türkiyə - Azərbaycan: Emosiyalara qovuşaraq azərkeşlər azı Azərbaycanın uduzmamağı haqqında düşünə bilərlər. Lakin Türklər öz şansını buraxacağını düşünmək - sadəlövhlükdü.
Onların baş məşqçisi Qus Hiddink uzun zamandı ki, intiqam almaq əhvalındadı. "Onun" Rusiya`sı (lazımsız oyun olsa da) Bakıda qalib ola bilmədi - 1:1, "onun" Türkiyəsi isə Azərbaycan millilərinə məğlub olub - 0:1.
Foqts isə, tam tərsinə, məğlubiyyət yaşamağa razı kimi görsənir. Lakin bu məsələ digər mübahisə mövzusudu.
Hər iki komanda içində problemlər var. Türklərdə qapıçı Volkan olmayacaq - bəlkə də bu onlar üçün müsbət amildi.
Azərbaycanın son oyunlarında "ehtiyat skamyası əhli"nin bəzi üzvləri isə özlərini "əsas" heyətə layiq olduqlarını sübut etməyə çalışacaq.
Lakin real görünən odu ki, Türkiyə 1-2 qol fərqilə udacaq. Eyni zamanda qol/qol variantı da səmərəli görünür.