Werder – Borussia matçına mütəxəssis proqnozu
14 oktyabr 2011 14:49

AÇ-2012 və FİFA-2014-ün seçmə matçlarından sonra bu ilk top-oyundu! Hər iki klubda yorulan və “özlərinə” hələki qayıtmayan futbolçular var.
Buna görə də, guman ki, futbolçular matç ərzində çoxsaylı səhvlərə yol verəcəklər. Nəticədə isə dortmundluların qələbəsini heç istisna etmirəm. Nəzərə alsaq ki, “Werder” öz meydanında bu mövsüm xal itirmir və hər şey bu həyatda nə vaxtsa, birinci dəfə olur, onda irəli!
Digər variantlardan isə məsləhətim ya “2,5-dan üst”, ya da “qol-qol” mərcidi. Burada əsas səbəb – “Werder”in “qollara ac və şən” komanda olmasıdı.