Topazdan 341 oyun təklifi
22 oktyabr 2011 11:57

Bu həftəsonu, şənbə və bazar günləri "Topaz" öz müştərilərinə 341 oyun təklif edir. Bunların arasında şənbə günü 20 təkli, 17 ikili, növbəti gün isə 18 təkli və 11 ikili oyun yer alacaq.
Təkli oyunlar əsasən Avropanın aparıcı ölkələrinin milli çempionatlarını əhatə edir. Onlardan bəziləri bunlardı: “Nürnberq" - "Ştutqart”, “Aston Villa" - "Vest Bromviç”, “Kan" - "Monpelye”, ”Malaqa" - "Real", ”Yuventus" - "Cenoa”, ”Arsenal" - "Stok Siti”, ”Roma" - "Palermo”, ”Bayer" - "Şalke”.
Bundan əlavə Avropanın 12 liqasında "Kim çempion olacaq" kimi uzun müddətli proqram da böyük maraq doğura bilər. Çünki hər həftənin nəticələrinə uyğun olaraq bu proqramdakı əmsallar daimi yenilənir. Bu gün hətta mütəxəssislərin belə az güvəndiyi klubun çempionluğuna pul yatırıb, mövsümün sonunda böyük miqdarda uduş əldə edə bilərsiniz.
İngiltərədə çempioluq mücadiləsi aparan 2 Mançester təmsilçinin qarşılaşması isə həftə sonunun ən maraqlı derbisidi. “Mançester Yunayted" - "Mançester Siti” görüşünə eyni zamanda xüsusi oyun da açılıb. Bu qarşılaşmada “İlk qol vaxtı?”, “İlk qolu hansı komanda vurar?”, “Qırmızı kart sayı”, “On bir metrlik cərimə zərbələri" kimi mərc növləri yer alıb.
Futbolla yanaşı basketbol da yaddan çıxmayıb. Belə ki, basketbol azarkeşləri üçün bu həftə sonu 43 matç açılıb!
Ölkəmizdə ilk və tək qanuni mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.