ÇSKA-nın liderliyi qoruma ehtimalını Topaz-da müəyyənləşdir
23 noyabr 2011 15:19

Avropa basketbolu ilə Amerika basketbolu arasındakı ən önəmli fərq “köhnə dünya”nın qaydalarına zidd olaraq qitənin o tayında bu idman növünə əyləncəli şou-proqram kimi baxılmasıdı. Azerisport.az xəbər verir ki, Amerikadakının əksinə olaraq Avropada basketbol qarşılaşmalarında taktiki savaş gedir.
Matçların taleyini ayrı-ayrı basketbolçular deyil, kollektiv oyun və baş məşqçinin zəkası müəyyənləşdirir. Olduqca sərt oyun, qızğın mübarizənin yaşandığı qarşılaşmanı izləmək isə seyirciyə xüsusi zövq verir. Hər hansı matçı izləyə-izləyə maddi rifahını yüksəltdikdə isə daha çox həzz alırsan. Topaz-ın əsas məqsədi bax elə budu – idmansevərləri sevindirmək, onların daha çox həzz almasına şərait yaratmaq.
Bugün basketbol üçün tərtib etdiyimiz proqramda siyahı qısa olsa da, 4 qarşılaşma oyunçuların rifahını yüksəltməyə yetəcək. Avroliqanın bugün və sabah keçiriləcək matçları haqda bilik səviyyənizi yoxlamaq üçün əla şans yaratmışıq. Qarşılaşmaların hamısı TƏKLİ oyun olaraq təklif edilib ki, bu da sizə daha rahat seçim imkanı yaradır. Oyunçuların istər 4 qarşılaşmanın hamısından ibarət ekspress kupon tətbiq etmək, istərsə də onlardan ayrı-ayrılıqda yararlanmaq imkanı var. Bu və digər variantlardan istifadə edərək, pul qazanmaq istəyirsizsə, Topaz məntəqələrinə tələsin.
Qitənin “Panatinaikos” və “Unikaha” kimi güclü komandaları ilə eyni qrupda yer almasına baxmayaraq 6-cı tura lider kimi girən ÇSKA, SSRİ birinciliyindən ona yaxşı bələd olan “Jalgiris”lə münasibətlərini müəyyənləşdirəcək. Ordu basketbolçuları matçda maksimum nəticə göstərməlidi ki, qrup birinciliyini davam etdirə bilsin. Amma bu heç də asan olmayacaq. Çünki rəqib hər an hər şey etməyə qadirdi. ÇSKA – “Jalgiris” matçının favoriti ev sahibi komanda olsa da, növbəti mərhələyə çıxmaq üçün qonaqlar qələbə qazanmağa çalışacaqlar. Bir sözlə, matçda gərgin mübarizə keçəcəyi dəqiqdi. Oyunöncəsi bilgilərinizi və hisslərinizi bölüşmək üçün mütləq Topaz-ın sizlərə yaratdığı fürsətdən yararlanmağa çalışın. Yararlanın ki, daim qazanan tərəf olasız.
Proqramımızda yer alan digər maraqlı qarşılaşma isə “Anadolu Efes”lə Belqrad “Partizan”ı arasında keçiriləcək. Spirtli içki reklamına qoyulan qadağadan dolayı “Efes Pilsen” brendindən qismən imtina etmək məcburiyyətində qalan İstanbul təmsilçisi, hər şeyə rəğmən “Efes” ismini qoruya bildi. Demək olar ki, hər mövsüm hansısa qeyri-adi nəticələrə imza atan türklər, budəfə də ənənələrini pozmayıb. “Anadolu Efes” səfər matçlarında daha yaxşı nəticə göstərən komandalar arasında yer alsa da, doğma azarkeşləri önündə qələbə qazana bilməyib. “Partizan” matçı bu sindromdan qurtulmaq üçün əlverişli məqamdı. İstanbulluların bunu bacarıb-bacarmayacağına aid hər hansı fərziyyəniz varsa, gedəcəyiniz ünvan bəllidi – Topaz məntəqələri.
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.