Voleybolçularımızın Avropa macərası Topazda!
7 dekabr 2011 18:11

Azərbaycanda bir nömrəli komanda idman növü olmaq yolunda önəmli məsafə qət edən, ölkənin adını Avropa nəhəngləri ilə yanaşı çəkdirən voleybol, bundan sonra Topaz-ın da proqramlarında yer alacaq. Ölkənin ilk və tək mərc oyunları təşkil edən operatoru olan Topaz klublarımızın Avrokuboklardakı çıxışına yer ayırmaqla, həm voleybolun kütləviləşməsi, həm komandalarımıza dayaq, həm də müştərilərinin alternativ qazanc mənbəyi tapmasına kömək etməyə çalışır. Sizlər də çalışın ki, Topaz-ın yaratdığı fürsəti boşa verməyəsiz.
Bügün Azərbaycanı qitəmiqyaslı turnirlərdə təmsil edən komandalarımız meydana çıxacaq. Qadın voleybolçulardan ibarət “Azərreyl”, “İqtisadçı” və “Rabitə”nin günü necə tamamlayacağını hamıdan əvvəl sizlər müəyyənləşdirə bilərsiz. Ötən mövsüm Çempionlar Liqasında xarüqələr yaradan “Azərreyl” ilə “Rabitə” cari mövsümə qızıl medallara sahib çıxmaq üçün başlayıblar. Klublararası dünya birinciliyində bütün rəqiblərini üstələyərək, çempionluğu bayram edən “Rabitə”, Bakıda təşkil olunacaq “Dördlər Finalı”na vəsiqə qazanaraq, doğma azarkeşləri önündə Avropa birincisi olmağa çalışacaq. Rəqib təmsilçimizlə bərabərsəviyyəlidi desək, yanılarıq. “Drezdner”in “Rabitə” səviyyəsində olmamasını hər kəs bilsə də, təmsilçimizin səfərdən qələbə ilə dönüb-dönməyəcəyi məlum deyil. Elə “Azərreyl” haqda da fərqli fikir səsləndirmək doğru olmaz. İtaliyanın “Volley Berqamo” təmsilçisini qəbul edəcək voleybolçularımız, qələbəyə yaxın olan komandadı. Sizlər Topaz məntəqələrinə yaxınlaşaraq, öz fikrinizi bizimlə bölüşə, düşüncələrinizdən zəngin ola bilərsiz.
“İqtisadçı”nı isə Rumıniyada çətin oyun gözləyir. Paytaxt Buxarestdə voleybolçu qızlarımız “Dinamo”nun müqavimətini qırmalıdı. Təmsilçimizin bizləri sevindirmək ehtimalını sizlərdən eşitmək olduqca xoş olardı. Hisləriniz və düşüncələrinizi Topaz vasitəsi ilə pula çevirmək ehtimalınızı əldən qaçırmayın.