Topaz təqdim edir: İspanlar parçalandı
28 dekabr 2011 14:56

Əgər mərc proqramına İspaniyada keçiriləcək qarşılaşmalar salınıbsa, deməli, həzz almağın əsl məqamı çatıb. Azerisport.az xəbər verir ki, 32 oyundan ibarət bugünkü “Topaz” proqramında ispanlarla yanaşı, şotlandlar, portuqallar, eləcə də yunan və yəhudilər də yer alıb. Kimisi futbol, kimisi isə basketbol qarşılaşmaları ilə.
Əlbəttə ki, diqqət mərkəzindəki əsas oyunlar İspaniyada keçiriləcək. Ölkənin ali futbol qurumu müqəddəs Milad bayramı ilə əlaqədar qarşılaşma keçirməkdən imtina etsə də, basketbol federasiyası analoji addım atmaqdan boyun qaçırıb. Bu səbəbdən də “Topaz” proqramında yer alan İspaniya basketbol çempionatının matçlarıdır. Hər biri ayrı-ayrılıqda təkli oyun kimi sizlərə təklif olunan qarşılaşmalardan uduşlu çıxmamaq inandırıcı deyil. Odur ki, şansınızı yoxlamağa dəyər.
Yunanıstanda da basketbol üzrə ölkə birinciliyinin oyunları keçiriləcək. Lakin ellinlər futbol meydançalarında da güclərini sınayacaq. İstər futbol, istərsə də basketbol qarşılaşmalarına “Topaz” proqramında rast gələ bilərsiz.
Bugünkü proqramda Şotlandiya və İsrail çempionatlarının da qarşılaşmalarına yer verilib. Ekspress kuponlar tərtib etmək üçün ideal matçlar tapa bilərsiniz. Çünki “Topaz”ın məqsədi müştərilərinə xidmət göstərməkdi.
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.