Topazdan 35 oyun təklifi
17 yanvar 2012 15:07

Bu gün “Topaz” öz müştərilərinə 35 oyun təklif edir. Azerisport.az xəbər verir ki, bunların arasında futbol üzrə 13, basketbol üzrə 14, xokkey üzrə 6 və volebol üzrə 2 ekspress oyun yer alıb.
Futbol proqramı əsasən, Avropa ölkələrinin Milli Kuboklarına həsr edilib. Basketbol proqramı isə Avropa Basketbol Kubokuna və Amerika Basketbol Liqasına həsr edilib. Əlavə olaraq, “Topaz” proqramında, qadınlar üzrə Milli Voleybol klublarımızın azarkeşləri üçün 2 matç açılıb. Sözü gedən qarşılaşmalar bunlardır: “AZƏRREYL” BAKI – “TOMİS”, ”ASPTT MULHAUS” – “RABİTƏ BAKI”.
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.