Yuventus– Roma matçı təkli olaraq Topazda!
24 yanvar 2012 12:44

Bu gün “Topaz” öz müştərilərinə 49 oyun təklif edir. Azerisport.az xəbər verir ki, bunların arasında futbol üzrə 28 ekspress və 1 təkli, basketbol üzrə 11 və hokkey üzrə 9 ekspress oyun yer alıb.
Futbol proqramı əsasən, Avropa ölkələrinin Milli Kuboklarına və İngiltərənin 1-ci və 2-ci Liqalarına həsr edilib. Təkli oyun İtaliya Kubokunun “Yuventus” - “Roma” derbi oyununa həsr edilib.
Basketbol proqramı isə Avropa Basketbol Kubokuna və Amerika Basketbol Liqasına həsr edilib.
Əlavə olaraq, “Topaz” proqramında, Kontinental Hokkey Liqasının azarkeşləri üçün 9 matç açılıb.
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.