Topazın Overtaymı başladı
7 fevral 2012 12:23

7 Fevral 2012-ci il tarixindən etibarən “Topaz”-ın dəstəyi ilə futbol həvəskarları üçün peşəkar radio verilişinin yayımına başlanılıb. Azerisport.az xəbər verir ki, hər çərşənbə axşamı və cümə günləri saat 19:00-da Anten FM-də yayımlanacaq verilişin aparıcısı və müəllifi Dr. Ziyadı.
Radio verilişində ən son futbol xəbərləri, topaz proqramı və oyunlarının hərtərəfli təhlili aparılacaq. “Overtaym” verilişinin hər bir buraxılışında Topaz proqramına daxil olan oyunlar üçün proqnozlar və hazır kupon variantları da təqdim ediləcək. Verilişdə Azərbaycan, Türkiyə və Rusiyanın aparıcı idman jurnalistləri iştirak edəcəklər. “Overtaym” verilişini canlı olaraq internet vasitəsi ilə www.antenn.az ünvanında dinləmək olar.
“Overtaym” verilişinin baş sponsoru “Topaz”-dı. Xatırladırıq ki, “Topaz” Azərbaycanda ilk qanuni idman mərc oyunudu. “Topaz” oyununun iştirakçılarının uduşlarına dövlət təminatı verilir. “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.