Topazda 36 ekspress, 3 ikili , 1 təkli oyun
17 fevral 2012 13:34

17 fevral 2012-ci il tarixində Topaz proqramında “Fiorentina” – “Napoli” təkli oyunu ilə yanaşı 3 ikili oyun və 36 ekspress futbol oyunu yer alıb. Azerisport.az xəbər verir ki, ikili oyunlar “Mersin İdman Yurdu” – “Qalatasaray”, “Hoffenhaym” – “Maynts”, “İnter” – “Bolonya” komandalarının oyunlarına şamil olunur.
Bundan əlavə cümə günü üçün tərtib edilən Topaz proqramında 36 ekspress oyun yer alıb. Proqrama daxil olan ekspress oyunlar əsasən Avstraliya 1-ci Liqası, Turkiye Spor Toto Super Liqası, İngiltərə Çempiyonluq Liqası, İtaliya A Seriyası, Braziliya Paulista liqalarında keçiriləcək.
Xatırladırıq ki, Topazda mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. Topaz iştirakçıları yalnız 2012-ci ildə 3 500 000 manatdan artıq uduşa sahib olublar. Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.