Topazda ÇL həyəcanı davam edir
22 fevral 2012 13:22

22 fevral tarixində keçiriləcək “Marsel” – “İnter” qarşılaşması Topaz proqramında 454 kodu ilə təkli oyun kimi göstərilib. Azersport.az xəbər verir ki, bu oyunla bərabər Çempionlar Liqasından, Avropa Liqası, Fransa Kuboku və İtaliya A Seriyasından 6 oyun “Topaz”da ikili oyun kimi proqrama salınıb.
Bundan əlavə çərşənbə günü üçün tərtib edilən Topaz proqramında 21 ekspress futbol oyunu yer alıb. Proqrama daxil olan ekspress oyunlar əsasən Avropa Liqası, Çempionlar Liqası, İtaliya Seriya A Liqası, Ingiltərə Çempionluq Liqası, İngiltərə 1-ci Liqası və Libertadores Kuboklarında keçiriləcəkdir.
Xatırladırıq ki, Topazda mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. Topaz iştirakçıları yalnız 2012-ci ildə 3 500 000 manatdan artıq uduşa sahib olublar.
Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.