Super Liqa və Bundesliqa həyəcanı Topazda!
24 fevral 2012 13:07

24 fevral tarixində “Orduspor” - “Kayserispor” (oyun kodu 106) və “Borussia” (Münhenqladbax) -“Hamburger” (oyun kodu 127) oyunları “Topaz” proqramında təkli oyun kimi göstərilib. Azerisport.az xəbər verir ki, cümə günü proqramında 2 təkli oyun ilə yanaşı 31 ekspress futbol oyunu da var.
Proqrama daxil olan ekspress oyunlar əsasən Hollandiya Erediviziya Liqası, Almaniya Bundesliqası, Portuqaliya Super Liqası, Argentina Klausurasındandı.
Xatırladaq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. “Topaz” iştirakçıları yalnız 2012-ci ildə 5 000 000 manatdan artıq uduşa sahib olublar.
Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.