Topazı internetdə də oynamaq mümkün oldu
1 mart 2012 15:51

Bu gün “Topaz”ın virtual satış agenti olan eTopaz-ın təqdimat mərasimi keçirildi. Azerisport.az xəbər verir ki, virtual “Topaz” agenti www.etopaz.az internet ünvanında artıq tam fəaliyyət göstərməkdədi.
eTopaz vasitəsilə idman mərc oyunu oynamaq üçün iştirakçıların sadəcə www.etopaz.az internet səhifəsində qeydiyyatdan keçmələri və istədikləri oyunları seçmələri kifayətdi.
Qeydiyyatdan keçdikdən sonra “Topaz” oyununun iştirakçıları virtual hesablarını yaradıb plastik bank kartı vasitəsi ilə istədikləri qədər vəsaiti rahatlıqla hesablarına köçürə bilərlər. www.etopaz.az internet səhifəsində bütün keçirilən oyunların proqramı, statistik məlumatlar, canlı nəticələr və digər vacib məlumatlar göstərilib.
Mart ayının 1-dən etibarən eTopaz-ın mobil versiyası da fəaliyyətə başlayacaq. Bu zaman eTopaz oynamaq üçün mobil telefon vasitəsiylə wap.etopaz.az səhifəsinə daxil olaraq istənilən əməliyyatı həyata keçirmək mümkün olacaq.
Xatırladaq ki, “Topaz” Azərbaycanda ilk qanuni idman mərc oyunudur və öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. Topazda mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.