Topazın şənbə-bazar üçün basketbol proqramı
3 mart 2012 00:11

3-4 mart tarixlərində “Topaz” proqramında tam 64 basketbol oyunu ikili oyun fürsəti ilə təqdim olunub. Azerisport.az xəbər verir ki, ikili oyunlar ilə yanaşı 4 mart tarixində İtaliya basketbol liqasında keçiriləcək “Syena” – “Olimpia Milano” qarşılaşması təkli oyun kimi göstərilib.
Proqramda göstərilən ikili oyunlar Amerika Basketbol Liqasında, İtaliyanın 1-ci basketbol liqasında, İspaniya 1-ci Basketbol Liqasında, Fransa 1-ci basketbol Liqasında və Almaniya Basketbol Liqasında keçiriləcək. Basketbol proqramı və keçiriləcək oyunlar haqqında ətraflı məlumatı “Topaz”ın saytından da əldə etmək olar.
Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.