Topazda 11 ikili basketbol oyunu
6 mart 2012 13:33

6 mart tarixində “Topaz” basketbol proqramında bütün oyunlar ikili mərc imkanı ilə təqdim edilib. Azerisport.az xəbər verir ki, proqramda göstərilən ikili oyunlar Amerika Basketbol Liqasında, İtaliyanın 1-ci basketbol liqasında, İspaniya 1-ci Basketbol liqasında, Rusiya 1-ci basketbol liqasında və Türkiyənin Basketbol Liqasında keçiriləcək.
Basketbol proqramı və keçiriləcək oyunlar haqqında ətraflı məlumatı “Topaz”ın saytından əldə etmək olar. Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.