Topazdan yeni oyun – Duello!
13 aprel 2012 16:38

Duello iştirakçıdan oyun proqramında yer alan futbol və ya basketbol oyunları içindən “Topaz” tərəfindan seçilən iki futbol və ya iki basketbol komandasının bir-birinə rəqib olması ilə əmələ gətirilən virtual bir oyunda hansı komandanın daha yüksək hesab əldə edəcəyini proqnoz etməsi tələb olunur.
Məsələn: “A” adlı futbol komandası və “C” adlı futbol komandası arasında keçirilən görüş ilə “B” adlı futbol komandası və “D” adlı futbol komandası arasında keçirilən görüş seçilərək elan edilir və virtual görüş, komandaların bir-birinə rəqib olması nəticəsində “A” adlı komanda ilə “B” adlı komanda və ya “C” adlı komanda ilə “D” adlı komanda arasında keçirilmiş kimi qəbul edilir.
Misal: “A” adlı futbol komandası və “C” adlı futbol komandası arasında keçirilən görüş “A” adlı futbol komandasının “3-1” hesablı qələbəsi ilə; “B” adlı futbol komandası və “D” adlı futbol komandası arasında keçirilən görüş isə “B” adlı futbol komandasının “1-2” hesablı məğlubiyyəti ilə nəticələnmişdirsə; “A” adlı futbol komandası ilə “B” adlı futbol komandası arasındakı virtual görüş “3-1” hesabı ilə; “C” adlı futbol komandası ilə “D” adlı futbol komandası arasındakı virtual görüş isə “1-2” hesabı ilə nəticələnmiş kimi qəbul edilir.
Azərbaycanda ilk qanuni idman mərc oyunu olan Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. Topaz öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.