Beşiktaş - Fenerbahçe matçına təkli mərc fürsəti
3 may 2012 16:37

3 may tarixində “Topaz” futbol proqramında 656 kodlu “Beşiktaş” – “Fenerbahçe” oyununa təkli mərc etmək imkanı təqdim edilib. Azerisport.az xəbər verir ki, bu oyunla bərabər “Bursaspor” – “Eskişehirspor” oyunu da təkli olaraq proqramda qeyd edilib.
Əlavə olaraq, çəşənbə günü üçün futbol proqramında Rusiya Premyer Liqası, Hollandiya, Finlandiya, İspaniya La liqasının 20 oyunu ikili, bu və digər liqalardan daha 75 oyun ekspress mərc imkanı ilə təqdim edilib.
Göstərilən oyunlara mərc etmək üçün sadəcə olaraq rəsmi “Topaz” məntəqələrinin birinə müraciət etmək kifayətdi. Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir.
Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. “Topaz” öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.