Türkiyə nəhənglərinin iki əfsanəsindən derbi proqnozu
11 may 2012 13:01

“Topaz”ın baş sponsoru olan “Overtime” verilişində “Galatasaray” – “Fenerbahçe” derbisini əfsanələr şərh edəcəklər. Azerisport.az xəbər verir ki, “Fenerbahçe”nin və “Galatasaray”ın əfsanəvi oyunçuları Selçuk Yula və Cüneyt Tanman bu axşam “Overtime”da Doktor Ziya ilə birlikdə öz proqnozlarını təqdim edəcəklər.
11 may tarixində “Ovetime” verilişinin canlı yayımında Türkiyə Super Final oyunun ətraflı analizi ilə birlikdə həftə ərzində baş tutacaq oyunlar haqqında məlumat və gözlənilən nəticələr haqqında proqnozlar təqdim ediləcək. Veriliş saat 19:00-da canlı yayımda Antenn FM –də yayımlanacaq.
Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. “Topaz” öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. Göstərilən oyunlara mərc etmək üçün sadəcə olaraq rəsmi “Topaz” məntəqələrinin birinə müraciət etmək kifayətdir. Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir.
Əlavə məlumat almaq üçün www.topaz.az internet səhifəsinə və ya 926 qısa nömrəsinə zəng etmək kifayətdir.