Bakı Neftçi ilə final matçının favoritidi
16 may 2012 12:15

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan kubokunun final oyununa pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz kuboku qazanmağa iddialı komandaların şanslarını dəyərləndirib.
Qeyd edək ki, kubokun finalında yenidən Azərbaycan çempionu adını qazanan “Neftçi”ylə “Bakı” üz-üzə gələcək. Maraqlıdı ki, “Topaz” həlledici görüşdə “ağ-qaralar”ın yox, “zolaqlılar”ın favorit olduğunu bildirir.
Bü oyuna əmsallarla aşağıda tanış ola bilərsiz.
Azərbaycan kuboku
Final
17 may
BAKI – NEFTÇİ 2.35 – 3.25 – 2.40