Topaz: Yaponiya Azərbaycanla matçın aşkar favoritidi
22 may 2012 12:27

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan və Yaponiya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununa pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz millimizin şanslarını dəyərləndirib.
Gözlənildiyi kimi, “Topaz” da bu oyunda millimizin şanslarının cüzi olduğunu düşünür. Belə ki, Yaponiya yığması qarşılaşmanın əsas favoriti hesab olunur.
Bü oyuna əmsallarla aşağıda tanış ola bilərsiz.
Yoldaşlıq oyunu
23 may
15:15. Yaponiya – Azərbaycan 1.15 – 5.50 – 9.50