Canlı Mərc də gəldi
1 iyun 2012 13:20

8 İyun tarixindən etibarən Avropa Çempionatı ilə bərabər “Topaz” məntəqələrində oyunçulara Canlı Mərc etmək fürsəti təqdim ediləcək. Azerisport.az xəbər verir ki, Canlı Mərc futbol qarşılaşması ilə birlikdə başlayır və qarşılaşmanın əsas vaxtının sonuna qədər oynanıla biləcək.
Canlı Mərcdə bütün oyun növləri tək oyun kimi oynanılacaq. Burda oyun nəticəsi 1 X 2, cüt şans , Alt/Üst , birinci hissə nəticəsi 1 X 2, birinci hissə Alt/Üst, növbəti qol kimi oyun növlərinə mərc etmək mümkündü.
“Topaz” proqramında yer alan ALT/ÜST oyunundan fərqli olaraq Canlı Topaz 1.5 - 2.5 və ya 2.5 - 3.5 Alt/ÜST seçimi ilə başlayacaqdır. Oyunun hesabından asılı olaraq ALT/ÜST seçimləri dəyişə biləcəkdir.
Azərbaycanda ilk qanuni idman mərc oyunu olan Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. Topaz öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.
Göstərilən oyunlara mərc etmək üçün sadəcə olaraq rəsmi Topaz məntəqələrinin birinə müraciət etmək kifayətdir. Xatırladırıq ki, Topazda mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Əlavə məlumat almaq üçün www.topaz.az internet səhifəsinə və ya 926 qısa nömrəsinə zəng etmək kifayətdir.