Topaz İnterlə Bakıya inanır
11 iyul 2012 13:52

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycan klublarının da şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” həm cavab oyununu səfərdə keçirəcək “Bakı”nı, həm də doğma meydanda çıxış edəcək “İnter”i rəqibləri ilə matçın favoriti hesab edir. Qeyd edək ki, “Bakı” Sloveniya “Mura”sı ilə Bakıdakı oyunda qolsuz heç-heçəyə razılaşmış, “İnter” isə Estoniya “Trans”ına səfərdə divan tutmuşdu – 5:0.
Cavab oyunlarının əmsalları ilə aşağıda tanış ola bilərsiz.
Avropa Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunu)
12 iyul
İnter – Trans
|
1.50
|
4.50
|
3.00
|
Mura – Bakı
|
3.10
|
3.30
|
1.75
|