Zestafoni Neftçi ilə matçın favoritidi
24 iyul 2012 16:25

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycan təmsilçisi – “Neftçi”nin də şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” cavab oyununu rəqib meydanında keçirəcək “ağ-qaralar”ı Gürcüstan “Zestafoni”si ilə matçda o qədər şanslı hesab etmir.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunu)
24 iyul
ZESTAFONİ - NEFTÇİ (2,05 – 3,30 – 2,30)