Topazda rekord məbləğli uduş (FOTO)
25 iyul 2012 17:37

42 yaşlı Qasım Qasımov 23 -24 İyul tarixlərində keçirlən 6 oyuna cəmi 1 manat mərc edərək tam 250.000 manat qazanıb. Azerisport.az xəbər verir ki, peşəkar Topaz oyunçusu olan Qasımov indiyə qədər bir neçə dəfə böyük uduş qazanmağa yaxın olub. Son dəfə isə 6 oyununun birinci hissə və oyun nəticəsini düzgün təxmin edərək Topaz tarixində rekord uduşa sahib olub.
Peşəsi mühasib olan Qasım uzun müddətdir ki, Topaz oyunçusudur. Qalib yalnız rəsmi Topaz məntəqələrində oynadığını və Barcelona komandasının tərəftarı olduğunu vurğuladı. Döyüş idman növləri ilə məşğul olur. Qazandığı pullar ilə bir neçə Topaz Satış məntəqəsini açmağı planlaşdırır.
Rekord uduşun qalibi qazandığı məbləği növbəti gün əldə etdiyini və Topaz-a dərin minnətdarlığını bildirdi.
Xatırladaq ki, Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. Topaz öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.
Əlavə məlumat almaq üçün www.topaz.az internet səhifəsinə və ya 926 qısa nömrəsinə zəng etmək kifayətdir.