Topaz Xəzər Lənkəranla İnterə şans tanımır
26 iyul 2012 17:15

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycanın iki təmsilçisi – “Xəzər Lənkəran”la “İnter”in də şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” cavab oyununu rəqib meydanında keçirəcək təmsilçilərimizin şanslarını o qədər də yüksək qiymətləndirmir. Hər halda bunu əmsallardan da hiss etmək olur. Sözügedən oyunların əmsalları ilə aşağıda tanış ola bilərsiz.
Avropa Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunları)
26 iyul
ASTERAS – İNTER
|
1.65
|
3.20
|
3.50
|
LECH – XƏZƏR LƏNKƏRAN
|
1.40
|
3.60
|
4.80
|