Hapoel Neftçi ilə oyunun aşkar favoritidi
31 iyul 2012 12:17

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycan təmsilçisi – “Neftçi”nin də şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” ilk oyununu rəqib meydanında keçirəcək “ağ-qaralar”i İsrail “Hapoel”i (Kiryat Şmona) ilə matçda o qədər də şanslı hesab etmir. Görüşün aşkar favoriti meydan sahibləridi.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (ilk oyun)
1 avqustu
HAPOEL - NEFTÇİ (1.35 – 3.60 – 5.50)