Neftçi Hapoel ilə oyunun aşkar favoritidi
7 avqust 2012 19:58

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycan təmsilçisi – “Neftçi”nin də şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” cavab oyununu evdə keçirəcək “ağ-qaralar”i İsrail “Hapoel”i (Kiryat Şmona) ilə matçda favorit hesab edir. Baxmayaraq ki, ilk görüşdə İsrail çempionu Azərbaycan klubunu 4:0 hesabıyla üstələmişdi.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (cavab oyunu)
8 avqust
NEFTÇİ – HAPOEL 2.35 - 3.20 - 2.40