Millimiz Bəhreyn ilə matçın favoritidi
14 avqust 2012 12:26

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan yığmasının Bəhreynlə keçirəcəyi yoxlama oyununa pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycan yığmasının şanslarını yüksək qiymətləndirir.
Belə ki, “Topaz” doğma meydanda çıxış edəcək Azərbaycan millisinin bu görüşdə favorit olduğunu düşünür. Bu oyun üçün açıqlanan əmsallar isə aşağıdakı kimidi:
Yoxlama oyunu
15 avqust
AZƏRBAYCAN - BƏHREYN (1.75 – 3.30 – 3.60)