Topaz Cup turnirinin final oyunları keçirildi
29 avqust 2012 15:54

“Topaz”ın dəstəyi ilə həvəskarlar arasında keçirilən çimərlik futbolu üzrə turnirin finalçıları müəyyənləşib. Final qarşılaşmasında “Socar Azərbaycan” -"Borusan BMGS" komandaları üz-üzə gəlmişlər. Gərgin keçən görüşdə “Socar Azərbaycan” 5-4 hesabı ilə qalib gələrək turnirin qalibi olmuşdur. Turnirdə 3-cü yerin sahibi okean komandası oldu.
Qaliblər Çimərlik Futbolu Federasiyası və Topaz tərəfindən hədiyyələrlə təltif olundular. Azərbaycanda müxtəlif idman növlərini dəstəkləyən Topaz Çimərlik Futbolu üzrə keçiriləcək Super Liqa oyunlarına da dəstək edəcəkdir.
Xatırladaq ki, Topaz Azərbaycanda fəaliyyət göstərən qanuni mərc oyunudur və Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. Topazda mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Topaz öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.