Topazdan ölkə çempionatına dəstək!
3 sentyabr 2012 15:02

Topaz-ın baş sponsorluğu ilə 3-5 sentyabr tarixlərində Çimərlik Futbolu üzrə Superliqa keçirilir. Azerisport.az xəbər verir ki, Super Liqada Sumqayıt FK, Bakı FK, Neftçi FK, Sərhədçi FK (Astara), Turan FK (Tovuz), Qarabağ FK klubları öz aralarında mübarizə aparacaqlar. Oyunlar Mərdəkanda Dalğa Arenanın Çimərlik Futbolu meydançasında keçirilir. Bütün oyunlar saat 16:00-da başlayır.
Xatırladaq ki, Topaz Çimərlik futbolu üzrə Superliqa oyunlarına dəstək olmaqla yanaşı Avqust ayında keçirilmiş “Topaz Cup” həvəskarlar Liqasına da dəstək olmuşdu. Topaz gələcəkdə də Azərbaycanda idmanın inkişafına öz töhvəsini verəcəkdir.
Qeyd edək ki,Topaz Azərbaycanda qanuni mərc oyunudur. Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. Topaz öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. Əlavə məlumat almaq üçün 926 qısa nömrəsinə zəng etmək kifayətdir.