Topaz Super Liqanın qalibini beynəlxalq turnirə göndərir
6 sentyabr 2012 14:57

"Topaz" sponsorluğu ilə çimərlik futbolu üzrə növbəti ölkə çempionatı keçirilir. "Topaz" Super Liqa" yarışında 6 komanda iştirak edir.
Bu dəfəki fərq ondadır ki, Super Kubokda Premyer Liqada iştrak edən klublarımızın də çimərlik futbolu komandaları yarışda iştirak edirlər. Dairəvi sistemlə keçiriləcək yarışda bu komandalar yer alıb: "Turan", "Neftçi İSM", "Bakı", "Qarabağ", "Sumqayıt", "Sərhədçi". Super Liqanın qalibi ölkəmizi beynəlxalq turnirdə təmsil edəcək.
Qeyd edək ki, Super Liqanın baş sponsoru “Topaz”dır.
3 sentyabr
"Neftçi İSM" – "Sərhədçi" 4:2 "Bakı" - "Sumqayıt" 7:2
4 sentyabr
"Qarabağ" – "Turan" 12:11 "Sumqayıt"- " Sərhədçi" 8:4 "Neftçi İSM" – "Sumqayıt" 6:1 "Bakı" - "Qarabağ" 11:12 "Neftçi İSM" – "Turan" 7:4 "Bakı" - " Sərhədçi" 10:5
5 sentyabr
"Neftçi İSM" – "Bakı" 1:2 "Nefçi İSM"- "Qarabağ" 6:1 "Sumqayıt" – "Turan" 1:3 " Sərhədçi" – "Turan" 5:8 "Xəzri Buzovna" – " Sərhədçi" 8:3
Qeyd edək ki, "Bakı" qələbə qazanacağı təqdirdə çempion adını qazanacaq. Şəxsi oyunlarda "Neftçi İSM"i məğlub edən "zolaqlılar" xalları bərabərləşdirərək istəyinə çata biləcək.
Bu gün aşağıdakı qarşılaşmalar baş tutacaq:
16-00 "Bakı" – "Turan" 17-00 "Qarabağ" - "Sumqayıt"
Turnir cədvəli:
1. "Neftçi" 12 xal 2. "Bakı" - 9 xal 3. "Qarabağ" - 7 xal 4. "Turan" – 6 xal 5. "Sumqayıt" – 3 xal 6. " Sərhədçi" - 0 xal