Xəzər Lənkəran Simurqla oyunun favoritidi
18 sentyabr 2012 12:25

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turundan təxirə salınan bir oyuna pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz “Xəzər Lənkəran”la “Simurq”un qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” “ağ-yaşıllar”ı bu qarşılaşmanın aşkar favoriti hesab edir.
Maraq üçün bildirək ki, bu oyun sentyabrın 20-nə təyin olunsa da, keçirilmə yeri ilə bağlı hələ də mübahisəli vəziyyət hökm sürməkdədi və tərəflər yekun qərara gələ bilmirlər.
Premyer Liqa
4-cü turun oyunu
Xəzər Lənkəran – Simurq 1,90 – 3,10 - 3,30