Partizan Neftçi ilə matçın aşkar favoritidi
19 sentyabr 2012 12:39

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycan təmsilçisi – “Neftçi”nin də şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” ilk oyununu səfərdə keçirəcək “ağ-qaralar”i Serbiya “Partizan”ı ilə matçda o qədər də şanslı saymır.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz.
Avropa Liqası
Qrup mərhələsi
H qrupu
20 sentyabr
PARTİZAN - NEFTÇİ (1.50 – 3.60 – 4.80)