İnter Neftçi ilə oyunun aşkar favoritidi
4 oktyabr 2012 14:11

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycan təmsilçisi – “Neftçi”nin də şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” ikinci oyununu doğma meydanda keçirəcək “ağ-qaralar”ı Serbiya “Partizan”ı ilə matçda o qədər də şanslı saymır.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz.
Avropa Liqası
H qrupu
4 oktyabr
NEFTÇİ – İNTER 4.30 – 3.40 – 1.60