Neftçi Turanla oyunun aşkar favoritidi
8 oktyabr 2012 14:57

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turundan təxirə salınan bir oyuna pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz “Neftçi” ilə “Turan”ın qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” “ağ-qaralar”ı bu qarşılaşmanın aşkar favoriti hesab edir.
Maraq üçün bildirək ki, bu oyun “Neftçi”nin Avropa Liqasındakı çıxışı ilə əlaqədar başqa tarixə keçirilmişdi.
Premyer Liqa
8-ci turun oyunu
16:00. Neftçi – Turan (1,25 - 4,50 - 7,50)