Topazda daha bir möhtəşəm uduş (FOTO)
6 noyabr 2012 16:12

Bakı şəhər sakini TOPAZ oynayaraq tam 250 min manat qazanıb. 2-3 Noyabr 2012-ci il tarixlərində keçirilən 12 qarşılaşmanın nəticələrini sistem oynayaraq təxmin edən oyunçu tam 250.000 manat qazanmışdır. Qalib kuponda yazılan təxminlərdə yalnız oyun nəticəsi və cüt şans oyunlarını oynamışdır.
Uduşunu sığortalamaq məqsədi ilə sistem oyununu seçən qalibin kuponunda 12 təxmindən biri- Hartberg-Grodig qarşılaşmasına etdiyi təxmin yalnış olsa belə kupon sistem oyunu ilə yazıldığından qalib olmuşdur.
Böyük uduşun qalibi qazandığı məbləği növbəti gün əldə etdiyini və Topaz-a dərin minnətdarlığını bildirdi. Xatırladaq ki, “Topaz” Azərbaycanda fəaliyyət göstərən ilk qanuni mərc operatorudurvə “Topaz”-da bütün uduşlara dövlət təminatı verilir.
19 Sentyabr 2012-ci il tarixindən etibarən “Topaz” Azərbaycan Premyer Liqasını dəstəkləyir və Azərbaycan Premyer Liqası “Topaz Premyer Liqası” adlandırılır. Əlavə məlumat almaq üçün 926 qısa nömrəsinə zəng etmək kifayətdir.