Şimali İrlandiya millimizlə oyunun favoritidi
13 noyabr 2012 11:46

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsinə keçiriləcək qarşıdakı oyunlara pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycan yığmasının Şimali İrlandiya ilə oyundakı şanslarını da dəyərləndirib.
Belə ki, “Topaz” sabah keçiriləcək görüşdə meydan sahiblərini favorit görür. Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz.
DÇ-2014-ün seçmə mərhələsi
14 noyabr
Şimali İrlandiya – Azərbaycan (1.60 – 3.50 – 4.50)