Neftçi Sumqayıtla oyunun aşkar favoritidi
16 noyabr 2012 19:43

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz hələlik ilk oyun günündə meydana çıxacaq komandaların qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” “Neftçi”ni “Sumqayıt” ilə qarşılaşmanın aşkar favoriti hesab edir. Baxmayaraq ki, son çempion bu rəqibi ilə ilk dövrədəki oyunda məğlub olmuşdu.
Bu oyuna əmsallarla aşağıda tanış ola bilərsiz:
Topaz Premyer Liqası
13-cü tur
Neftçi – Sumqayıt 1.15 – 4.90 – 11.0