Topazda daha 1 möhtəşəm uduş (FOTO)
25 dekabr 2012 00:25

Bakı şəhər sakini 21-22 dekabr 2012-ci il tarixlərində keçirilən 12 oyuna sistem oynayaraq tam 66000 manat qazanıb. Azerisport.az xəbər verir ki, qalib kuponda yazılan oyunlarda oyun nəticəsi və cüt şans oyunlarını oynayıb.
Uduşunu sığortalamaq məqsədi ilə sistem oyununu seçən qalibin kuponunda 12 təxmindən 10-u düz gəlsə belə (691 kodlu Uolsoll-Kolçestr və Svindon-Tranmer qarşılaşmalarının təxminləri yalnış olub) kupon sistem oyunu ilə yazıldığından qalib olub.
Böyük uduşun qalibi qazandığı məbləği növbəti gün əldə etdiyini və Topaza dərin minnətdarlığını bildirdi. Xatırladaq ki, “Topaz” Azərbaycanda fəaliyyət göstərən ilk qanuni mərc operatorudurvə “Topaz”da bütün uduşlara dövlət təminatı verilir.
19 Sentyabr 2012-ci il tarixindən etibarən “Topaz” Azərbaycan Premyer Liqasını dəstəkləyir və Azərbaycan Premyer Liqası “Topaz Premyer Liqası” adlandırılır. Əlavə məlumat almaq üçün 926 qısa nömrəsinə zəng etmək kifayətdi.