Topaz iki yaşında
18 yanvar 2013 16:22

18 Yanvar 2011-ci il tarixində kommersiya fəaliyyətinə başlamış “Topaz” qısa zaman ərzində Azərbaycan bazarında böyük nailiyyətlər əldə etmişdir.
Azərbaycanda ilk qanuni (Nazirlər kabinetinin 20 avqust 2010-cu il tarixli 153 nömrəli qərarı) idman mərc oyunları operatoru olan “Topaz” qısa müddət ərzində kommersiya fəaliyyəti üçün zəruri olan proqramlaşdırma və infrastruktur işlərini tamamlamışdır.
Bu gün “Topaz” Azərbaycanda ən geniş satış şəbəkəsinə malik olan ticarət nişanlarından biridir. 2012-ci ilin sonu üçün “Topaz” satış məntəqələrinin ümumi sayı 2011-ci ilin eyni dövrünə nəzərən 80% artaraq, 456 məntəqəyə çatmışdır. Bu isə 1000-dən çox insanın yeni iş yerləri ilə təmin olunması deməkdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi AzerİdmanServis MMC-nin direktoru Azər Məhərrəmov “Topaz”-ın 2 il ərzindəki fəaliyyəti haqqında söyləmişdir: “ Şirkət öz fəaliyyəti ərzində birbaşa idman sahəsinin inkişafına dəstək olmaqla yanaşı, müvafiq vergiləri ödəməklə, ölkə iqtisadiyyatına böyük dəstək verməkdədir. Bu gün “Topaz” Azərbaycanda iri vergi ödəyicisi olan şirkətlər sırasına daxildir. Statistik göstəricilərə əsasən şirkətin 2012-ci ilin sonunda Azərbaycan İdman sahəsinin inkişafına yönəlmiş investisiya yatırımları və vergi ödəmələri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə artmışdır. Bu da şirkətin gələcək illərdə Azərbaycan iqtisadiyyatına və İdman sahəsinə daha çox dəstək olacağını aydın şəkildə əks etdirir”.
2012-ci il ərzində “Topaz” yerli bazara bir çox yeni mərc növlərini təqdim etmişdir. Onların içərinsində: Qol-Qol –Yox Qol, Canlı Oyun, Duello, Qızıl Proqram, 1.5 BH ALT/Üst, 1.5 ALT/Üst və 3.5 ALT/Üst və digər mərc növləri oyunçular tərəfindən böyük maraqla qarşılanmışdır. Keçirilən sorğuya əsasən “Topaz” əmtəə nişanı 96% əhali arasında tanınır. 19 Sentyabr 2012-ci il t
rixində “Topaz” və Peşəkar Futbol Liqası Azərbaycan futbolunun inkişafında çox önəmli sayıla biləcək sponsorluq müqaviləsini imzalamışdırlar. İmzalanan müqaviləyə əsasən “Topaz” Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və Azərbaycan Premyer Liqası azı 3 il müddətində “Topaz Premyer Liqası” adlandırılacaqdır. Hazırda “Topaz Premyer Liqası”-nın oyunları televiziya vasitəsi ilə canlı yayımlanır və ölkə çempionatına futbol azərkeşlərinin marağı get-gedə daha da artmaqdadır. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü çempionatlarının reytinq siyahısında “Topaz Premyer Liqası”-nı 27 pillə irəli keçirmişdir.
Eyni zamanda qeyd edilməlidir ki, “Topaz” məsulliyyətli oyun meyarlarının tətbiq edilməsi məsələsinə son dərəcə həssas yanaşmaqdadır. Belə ki, Topazın təşkil etdiyi mərc oyunlarında ancaq yaşı 18-ə çatmış azarkeşlərin oynamasına icazə verilir. Bundan başqa məsuliyyətli oyun prinsiplərinə uyğun olaraq “Topaz”-da maksimum mərc məbləğlərinə limitlər təyin edilmişdir ki, bu da vətəndaşların qeyri planlı mərclər etmələrinə qarşı yönəldilmişdir.
Topaz haqqında ətraflı məlumatı www.topaz.az ünvanına müraciət edərək və ya 926 nömrəsinə zəng vuraraq ala bilərsiniz.